Mövqe təyini üsulları
Məkan məlumatlarının mövcudluğu, dəqiqliyi və tamlığı, məsələn, olduğunuz yerdən, ətrafdan və
üçüncü tərəf mənbələrdən asılı ola və məhdud ola bilər. Məkan məlumatı, məsələn, binaların daxilində
və ya metroda mövcud olmaya bilər. Mövqe təyini metodları ilə bağlı məxfilik məlumatı üçün Nokia
Məxfilik Siyasətinə baxın.
Peyk siqnalları mövcud olmadıqda, xüsusən qapalı məkanda və ya iki hündür bina arasında olduqda,
Wi-Fi mövqe təyin edilməsi təyinetmə dəqiqliyini artıra bilər. Wi-Fi şəbəkəsindən istifadənin
məhdudlaşdırıldığı yerlərdə telefon parametrlərindən Wi-Fi-ı söndürə bilərsiniz.
Məsafə ölçməsi peyk bağlantınızın mövcudluğundan və keyfiyyətindən asılı olaraq dəqiq olmaya bilər.
© 2014 Nokia. Bütün hüquqlar qorunur.
87