
HERE Drive-ı qlobal naviqasiyaya təkmilləşdirin
HERE Drive ilə SIM kartınızın qeydiyyatdan keçdiyi ölkə və ya regionda naviqasiya edə bilərsiniz.
Naviqasiya lisenziyanızı qlobal olaraq təkmilləşdirin və beləliklə, öz ölkəniz və ya regionunuz xaricində
səs bələdçili istiqamətləri əldə edin.
HERE Drive vurun, ekranın aşağısından yuxarısına doğru sürüşdürün və Parametrlər > Naviq.
lisenziyası > İndi təkmilləşdir vurun.
Təkmilləşmədən sonra dəstəklənən bütün ölkələrdə və ərazilərdə, hər hansı SIM kart ilə və ya hətta
SIM kart olmadan belə naviqasiya edə bilərsiniz.