
Əlaqələri və təqvimi iPhone-dan köçürmək
Əlaqələrinizi və təqvimi iTunes ilə iPhone-dan Outlook-a sinxronlaşdırın və Microsoft hesabından
istifadə edərək onları Nokia Lumia telefonunuza köçürün.
Kompüterinizdə iTunes və Microsoft Outlook Hotmail Connector-un quraşdırıldığını yoxlayın.
Microsoft Outlook Hotmail Connector-u quraşdırmaq üçün www.office.microsoft.com ünvanına daxil
olun, Hotmail Connector-u axtarın və onu kompüterinizə yükləyin. Siz Hotmail Connector
parametrlərini konfiqurasiya etməli ola bilərsiniz.
1. iTunes-i açın.
2. iPhone-ı kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
3. İstədiyiniz məzmunu iPhone-dan Outlook-a sinxronlaşdırın.
4. Outlook-da Microsoft Outlook Hotmail Connector-dan istifadə edərək Microsoft hesabını Outlook-
a əlavə edin.
5. İstədiyiniz məzmunu Outlook-dan Microsoft hesabına sinxronlaşdırın.
Məzmunun Microsoft hesabında görünməsi bir qədər çəkə bilər.
6. Telefonunuzda hələki Microsoft hesabı qurulmayıbsa, məzmunu Nokia Lumia-ya köçürmək üçün
başla ekranında sola sürüşdürün, Parametrlər > E-poçt+hesablar > Hesab əlavə edin vurun və
ekranda göstərilən təlimatlara əməl edərək Microsoft hesabı yaradın.