Windows Phone 8 ilə şəkilləri, videoları və musiqini əvvəlki Nokia Lumia-dan köçürmək
Şəkillərinizi, videoları və musiqini Windows Phone 8 platformalı əvvəlki Nokia Lumia-dan
kompüterinizə köçürün və daha sonra fayllarınızı yeni Nokia Lumia-ya çəkib gətirin.
1. Windows Phone 8 platformalı əvvəlki Nokia Lumia-nı kompüterə qoşmaq üçün uyğun USB
kabelindən istifadə edin.
2. Şəkilləri, videoları və musiqini uyğun proqram ilə kompüterinizə köçürün, məsələn, Windows 7-də
AutoPlay.
3. Yeni Nokia Lumia-nı kompüterə qoşun. Telefon kompüterinizdə ayrıca qurğu kimi görünür.
4. Elementləri kompüterdən telefonunuzda Şəkillər, Videolar və Musiqidə istədiyiniz altqovluqlara
çəkib gətirin.
Elementləri düzgün altqovluqlara köçürün. Əks təqdirdə, onları telefonunuzda görə bilməyəcəksiniz.
İşarə:Şəkilləri və videoları sinxronlaşdırmaq üçün həmçinin SkyDrive istifadə edə bilərsiniz.
Əvvəlki Nokia Lumia-da şəkilləri və videoları SkyDrive-da saxlayın. Yeni Nokia Lumia-da
Microsoft hesabı ilə SkyDrive -a daxil olun və şəkilləriniz və videolarınız avtomatik olaraq Nokia
Lumia telefonunuza köçürüləcək.
İşarə:Həmçinin Windows Phone proqramı ilə şəkilləri, videoları və musiqini köçürə bilərsiniz.
Kompüterdə ən son versiyanı yükləmək və quraşdırmaq üçün www.windowsphone.com
ünvanına daxil olun. Kompüteriniz Mac-dırsa, Mac App Store-dan Windows Phone proqramını
quraşdırın. Windows phone proqramında köçürmək istədiyiniz faylları seçin.
© 2014 Nokia. Bütün hüquqlar qorunur.
17