Windows Phone 7 ilə şəkilləri, videoları və musiqini Nokia Lumia-dan köçürmək
Zune PC proqramı ilə siz şəkillərinizi, videoları və musiqini Windows Phone 7 platformalı Nokia Lumia-
dan kompüterinizə köçürə və daha sonra fayllarınızı yeni Nokia Lumia-ya çəkib gətirə bilərsiniz.
1. Zune proqramının ən son versiyasını www.zune.net ünvanından yükləyin və kompüterinizdə
quraşdırın.
2. Windows Phone 7 platformalı Nokia Lumia telefonunuzu kompüterinizə qoşmaq üçün uyğun USB
kabelindən istifadə edin və kompüterdə görünən təlimatlara əməl edin.
3. İstədiyiniz faylları telefonunuzdan kompüterinizə çəkin.
İşarə:Kompüterinizdə faylların harada saxlandığına baxmaq üçün Zune-da Parametrlər seçin.
4. Yeni Nokia Lumia-nı kompüterə qoşun. Telefon kompüterinizdə ayrıca qurğu kimi görünür.
5. Elementləri kompüterdən telefonunuzda Şəkillər, Videolar və Musiqidə istədiyiniz altqovluqlara
çəkib gətirin.
Elementləri düzgün altqovluqlara köçürün. Əks təqdirdə, onları telefonunuzda görə bilməyəcəksiniz.