Nokia Lumia 1320 - Məzmunu Nokia Asha-dan köçürmək

background image

Məzmunu Nokia Asha-dan köçürmək

Məzmununu Nokia Asha-dan Nokia Lumia-ya necə köçürməyi öyrənin.
Bu təlimatlar Nokia Asha platformalı telefonlar üçündür.
Telefonunuza yaddaș kartı daxil edilmiş olmalıdır.
Siz aşağıdakıları Nokia Asha-dan köçürə bilərsiniz:
• Sizin şəkilləriniz
• Sizin videolarınız
• Sizin tərəfinizdən yaradılmış digər məzmun
1. Nokia Asha-nı kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin və telefonda Kütləvi

yaddaş seçin.

2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer-i açın və telefona baxın. Siz telefonunuzu

(və yaddaş kartında saxlanmış məzmunu) kompüterinizdə ayrıca qurğu kimi istifadə edə bilərsiniz.

3. Elementləri çəkib kompüterinizə gətirin.

4. Nokia Lumia-nı kompüterə qoşmaq üçün kabeldən istifadə edin.

5. Faylları Nokia Lumia-ya çəkib gətirmək üçün kompüterdə fayl menecerindən istifadə edin.