
Əlaqələri, təqvim elementləri və mətn mesajlarını Windows Phone 8 platformalı əvvəlki Nokia
Lumia-dan köçürmək
Məzmunu yeni Nokia Lumia-ya köçürmək üçün Windows Phone 8 platformalı əvvəlki Nokia Lumia-dakı
ehtiyat nüsxədən istifadə edin.
Siz aşağıdakıları Windows Phone 8 platformalı Nokia Lumia-dan köçürə bilərsiniz:
• Əlaqələr
• Təqvim elementləri
• Mətn mesajları
• Proqram siyahısı
• Parametrlər
• Şəkillər
© 2014 Nokia. Bütün hüquqlar qorunur.
16

• Videolar
• Zəng tarixçəsi
Məzmununuzu yeni Nokia Lumia-ya köçürmək üçün sizə Microsoft hesabı lazımdır.
Yeni Nokia Lumia telefonunuzda hələki Microsoft hesabı qurulmayıbsa, başla ekranında sola
sürüşdürün, Parametrlər > E-poçt+hesablar > Hesab əlavə edin vurun və ekranda göstərilən
təlimatlara əməl edərək Microsoft hesabı yaradın.
1. Əvvəlki Nokia Lumia telefonunuzda başlama ekranında sola sürüşdürün və vurun: Parametrlər >
Ehtiyat nüsxə.
2. Nəyin nüsxəsinin çıxarılmalı olduğunu seçin.
3. Yeni Nokia Lumia-nı ilk dəfə quraşdırdıqda Microsoft hesabınıza daxil olun.
4. Tələb olunduqda, nüsxəçıxarmanı seçin.
Nüsxəsini çıxartdığınız məzmun yeni Nokia Lumia-ya köçürülür.
İşarə:Telefonu ilk dəfə quraşdırdığınız zaman nüsxəçıxarmanı seçməmisinizsə, bunu telefonu
sıfırladıqdan sonra da edə bilərsiniz. Telefonun parametrlərini sıfırlamaq bütün şəxsi
məzmununuzu silir. Telefonunuzu sıfırlamaq üçün başlama ekranında sola sürüşdürün və
Parametrlər > Sistem haqqında > Telefonunuzu sıfırlayın vurun.